Baki, FinanceTime. “Qala Sığorta” və “Qala Həyat” şirkəti “28 mart–Dövlət Təhlükəsizliyi Xidməti orqanları işçilərinin peşə bayramı” günü münasibəti ilə xüsusi güzəşt kampaniyası elan edir.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, bu münasibətlə “Qala Həyat” və “Qala Sığorta” bütün növ könüllü sığorta məhsullarına 15-20%-dək endirim edir.
Belə bir sərfəli kampaniyadan yararlanmaq üçünDövlət Təhlükəsizliyi Xidmətinin işçiləriistər “Qala Sığorta”, istərsə də “Qala Həyat” şirkətinə yaxınlaşmaqla könüllü sığorta məhsullarını əldə edə bilərlər.
Qeyd edək ki, kampaniya cari ilin aprel ayının 6-dək qüvvədədir.
Məhsullarımızla bağlı daha ətraflı məlumat almaq üçün (012) 377 10 10 və ya 1540 qısa nömrəsi ilə əlaqə saxlaya bilərlər.