1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab” hakerlərin hansı sahəyələrə daha çox hücum etdiklərini müəyyənləşdirib
30.03.2018

Baki, FinanceTime.   “Kaspersky Lab ICS CERT”nin ekspertləri 2017-ci ilin ikinci yarısında sənaye avtomatlaşdırılması sistemiləri üçün təhlükələr landşaftı üzrə apardıqları araşdırmanın nəticələrini açıqlayıb. Hesabata əsasən, ötən ilin ikinci yarısında ən çox iki sahəyə hücumlar olunub: energetika (avtomatlaşdırılmış idarəetmə sisteminin kompüterlərinin 38,7%-i ən azı bir hücuma məruz qalıb) və AİS üzrə injinirinq/inteqrator (35,3%).

Virusa yoluxmanın qarşısı alınmış digər əksər sahələrdə avtomatlaşdırılmış idarəetmə sistemlərinin kompüterlərinin payı 26%-dən 30%-dək təşkil edib. Bu göstəricinin nisbi oxşarlığını ekspertlər müxtəlif sahələrdə istifadə olunan texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri həllinin bənzərliyi ilə izah edirlər. Bundan başqa, müəssisələrin xarici kontragentlərlə məlumat mübadiləsi proseslərinin oxşarlığı da rol oynaya bilərdi.

Energetika sahəsində avtomatlaşdırılmış idarəetmə sistemlərinə olan hücumların yüksək faiz göstəricisi iki səbəblə əlaqələndirilir. Birincisi, digər sahələrlə müqayisədə bu obyektlər geniş şəbəkə əlaqəsi mövcuddur. İkincisi, onların idarəetmə sistemləri digər sahələrdən fərqli olaraq daha çox insan üçün əlçatandır.

İnjinirinq və inteqrator şirkətlərində texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemlərinin kompüterlərinin virusa yoluxma cəhdləri ciddi problemə çevirilib ki, bu da son illər ərzində sənaye infrastrukturuna tədarükçülər vasitəsilə hücum hallarının geniş tətbiqi ilə bağlıdır.

“Tədqiqatın nəticələri bizi təəccübləndirdi. Məsələn, energetika sahəsində hücumlara məruz qalan AİS kompüterlərinin yüksək faizi onu göstərir ki, ötən bir neçə ciddi hadisələrə və müəssisələrin öz idarəetmə sistemlərinin təhlükəsizliyini təmin etmək cəhdlərinə baxmayaraq, atılmış addımlar hələ də kifayət deyil. Bir çox şəbəkələrdə indiyədək zəiflikər var və kibercinayətkarlar onlardan istifadə edir. Amma müsbət tendensiyalar da var. Ümumilikdə, 2016-cı illə müqayisədə sənaye idarəetmə sistemlərinə hücumların sayı bir qədər azalıb. Yəqin bu, onu göstərir ki,  müəssisələr kibertəhlükəsizlik məsələlərinə daha çox diqqət ayırırlar: onlar şəbəkə auditini keçirməyə, əməkdaşlarına təlim verməyə və başqa tədbirlər görməyə başlayıblar. Bu yaxşı əlamətdir, çünki artıq indidən olduqca vacibdir ki, biznes öz müdafiəsini təmin edilməsinin qayğısına qalsın”, - deyə “Kaspersky Lab ICS-CERT”nin rəhbəri Yevgeni Qonçarov bildirib.

 

“Kaspersky Lab ICS-CERT” ekspertlərinin digər nəticələri arasında:

·         "Kaspersky Lab"ın məhsulları onlar tərəfindən qorunan AİS kompüterlərin 37,8%-nəhücumlar qeydə alıb.

·         İnternettəşkilatların texnoloji infrastrukturunun yoluxmasının (22,7%) əsas mənbəyi olaraq qalır.

·         AİSkompüterlərinə olan hücumlar üzrətop-5 ölkə siyahısı dəyişməzqalıb. BuraVyetnam, (69,6%) Əlcəzair (66,2%), Mərakeş (60,4%), İndoneziya (60,1%) və Çin (59,5%) daxildir.

·         "KasperskyLab”ın müdafiə həlləriAİS-də 17,9 mindən çox müxtəlif modifikasiyalı zərərli proqram təminatı aşkar edib.

·         2017-ci ildəAİS-lərin10,8%-i botnet-agentlərinhücumlara məruz qalıb.

·         2017-ci ildə “Kaspersky Lab ICS-CERT”nin ekspertləri sənaye və IIOT/IOT sistemlərində 63 boşluq aşkar edib.


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment