Baki, FinanceTime. Azərbaycan sığorta bazarının ən aktiv şirkətləri olan “Qala Sığorta” və “Qala Həyat”“10 aprel–İnşaatçılar Günü”münasibəti ilə sığorta məhsullarına güzəştkampaniyası elan edib.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, bu münasibətlə “Qala Həyat” və “Qala Sığorta” şirkəti mühəndislər və inşaat sahəsində çalışan işçilər üçünbütün növ könüllü sığorta məhsullarına 15-20%-dək endirim edir.
Belə bir sərfəli kampaniyadan yararlanmaq üçün müştəri istər “Qala Sığorta”, istərsə də “Qala Həyat” şirkətinə yaxınlaşmaqla könüllü sığorta məhsullarını əldə edə bilər.
Qeyd edək ki, kampaniya aprel ayının 18-dək qüvvədədir.
Məhsullarımızla bağlı daha ətraflı məlumat almaq üçün (012) 377 10 10 və ya 1540 qısa nömrəsi ilə əlaqə saxlaya bilərlər.