1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Sığortaçılara mediasiya sisteminin təqdimatı keçirilib
07.05.2018

Baki, FinanceTime. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə sığortaçılarla sığortalılar arasında mübahisələrin məhkəməyə qədər həlli ilə bağlı görüş keçirilib. Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, Birliyin digər nümayəndələri, sığorta və təkrarsığorta şirkətlərinin rəhbər şəxsləri, o cümlədən, mübahisələrin məhkəmədən kənar həllini həyata keçirməyi nəzərdə tutulan mediasiya şirkətinin nümayəndələri iştirak edib.

Görüşdə sığorta mübahisələrinin məhkəmədən kənar həlli sistemi ilə bağlı sığorta şirkətləri üçün təqdimat edilib, daha sonra geniş müzakirə aparılıb. Mediator şirkətin təklif etdiyi həll üsulu ilə sığorta mübahisələrinin operativ qaydada – bir gün ərzində həlli nəzərdə tutulub. Mürəkkəb və xüsusi araşdırma tələb edilən hallarda bu müddət 30 günə qədər uzadıla bilər. Belə ki təklif edilən həll mexanizmi sığorta mübahisəsinin həlli istiqamətində mediator şirkətə müraciət edilən zaman mediatorun əvvəlcə hər iki tərəflə - sığortalı və sığortaçı ilə birlikdə, sonra isə onlarla ayrılıqda görüşünü nəzərdə tutur. Tərəflərlə birlikdə yenidən görüş keçirilməsi və razılaşma əldə edildiyi təqdirdə “Barışıq sazişi”nin bağlanması sistemin fəaliyyətində növbəti addım olaraq müəyyən edilib.

Qeyd etmək lazımdır ki, mediasiyadan beynəlxalq təcrübədə sığorta mübahisələrinin həllində çox geniş şəkildə istifadə edilməkdədir.

Yekunda sığortaçılar arasında mediasiya sisteminin müəyyən müddət ərzində pilot layihə olaraq həyata keçirilməsi barədə razılıq əldə edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nə əsasən Azərbaycan Respublikasında mediasiya sisteminin qurulması tələb kimi müəyyən edilmişdir.


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment