1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azərbaycan Sığortaçılar Assosiasiyası Müşahidə Şurasının iclası keçirilib
05.06.2018

Baki, FinanceTime.  Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) Müşahidə Şurasının iclası keçirilib. Görüşdə Birliyin sədri Mustafa Abbasbəyli, sədr müavini və Birliyin nümayəndələri, eləcə də, Birliyin Müşahidə Şurasının üzvü olan “A-Qroup Sığorta” şirkətinin İdarə Heyətinin sədri Anar Bayramov, “AzSığorta” şirkətinin İdarə Heyətinin sədri Anar Talıbov, “Atəşgah Sığorta” şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev, “AzərSığorta” Dövlət Sığorta və Kommersiya Şirkətinin Baş müşaviri Vüqar Babakişiyev, “AzRe Təkrarsığorta” şirkətinin İdarə Heyətinin sədri Fuad Quliyev, “İpək Yolu Sığorta” şirkətinin İdarə Heyətinin sədri Niyazi İmanov, “Meqa Sığorta” şirkətinin İdarə Heyətinin sədri Sevinc Gülmalıyeva və “Paşa Sığorta” şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova iştirak edib.

Birliyin sədri Mustafa Abbasbəyli Birliyin fəaliyyəti barədə Müşahidə Şurasının üzvlərini məlumatlandırıb. Bildirilib ki, Birliyin 2018-ci ilin ilk 5 ayı ərzində 79 fərqli tədbir icra edilib. Bunlar arasında, Birliyin ümumi yığıncağının, Müşahidə Şurasının, Komitələrinin və müxtəlif işçi qruplarının iclasları, Dövlət və kommersiya qurumları, habelə digər sahələri təmsil edən Assosiasiyalarla iki və çoxtərəfli görüşlər, müvafiq dövlət orqanları ilə təmaslar və çox sayda təkliflərin göndərilməsi və digər bu kimi tədbirlər yer almaqdadır. Bundan əlavə Birliyin gələcək planları üzvlər arasında geniş şəkildə müzakirə edilib. Daha sonra Birliyin sədrinin təqdimatı əsasında Vasitəçilər komitəsinin sədrinin “Zaman” Sığorta və Təkrarsığorta Brokerinin Baş kommersiya direktoru Xəyal Məmmədxanlının namizədliyi Müşahidə Şurası tərəfindən təsdiq edilib. Bununla yanaşı, Maliyyə sərgisi keçirilməsinə dair Müşahidə Şurasının üzvləri arasında müzakirələr aparılıb.

Xatırladaq ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin kollegial orqanı olan Müşahidə Şurası Birliyin nəzarət orqanıdır və Birliyin Nizamnaməsinə əsasən Müşahidə Şurası 9 üzvdən ibarətdir.


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment