1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Icbari tibbi sığorta və mikrosığorta ilə bağlı görüş keçirilib
28.09.2018

Baki, FinanceTime. Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşəbbüsü ilə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” mövzusunda görüş keçirilib. Görüşdə Birliyin sədr müavini Vüqar Əliyev və Birliyin əməkdaşları, Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) və sığorta şirkətlərinin nümayəndələri iştirak edib.

Görüşün müzakirə mövzusu “Strateji Yol Xəritəsi”nin 1.3-cü prioritetindən irəli gələrək Azərbaycanda yeni sığorta növləri – icbari tibbi sığorta və mikrosığorta məhsulları beynəlxalq təcrübədə tətbiqi, bununla bağlı araşdırmanın nəticələri, Azərbaycan üçün ən uyğun model, bu məhsulların Azərbaycanda tətbiq metodları barədə təqdimatlar edilib, müzakirələr təşkil edilib və sığortaçılar onları maraqlandıran məsələlərlə bağlı suallarını səsləndiriblər.

Görüşün birinci hissəsində İTS-in icbari tibbi sığorta mexanizmi barədə təqdimatı, İTS tərəfindən hazırlanan baza zərfi, Mingəçevir və Yevlaxdakı pilot layihələr, onların nəticələri, aşkarlanan problemlər və onların həlli məqsədilə irəli sürülən təkliflərə dair fikir mübadiləsi aparılıb. Görüşdə iştirak edən İTS-in İcbari Tibbi Sığorta departamentinin rəhbəri Vüqar Qurbanov layihənin sosial əhəmiyyətini vurğulayaraq bildirib ki, bu, əhalinin tibbi sığorta təminatı, tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi, əhalinin təkcə Bakı deyil, bölgələrdə olan tibbi müəssisələri və eyni zamanda, sığortaya olan inam və etimadının möhkəmləndirilməsi, həmçinin, həkimlərin öz sahələri üzrə yüksək səviyyədə ixtisaslaşmasına gətirib çıxaracaqdır. Bununla yanaşı, icbari tibbi sığorta mexanizmində sığorta şirkətlərinin rolundan bəhs edilib, burada dövlətlə şirkətlərin əməkdaşlığının həm dövlət, həm də sığortaçılar üçün önəmi və faydaları qeyd edilib.

Görüşün ikinci hissəsini mikrosığorta məhsullarına dair müzakirələr təşkil edib. Palata nümayəndələri Birliyin dəstəyi ilə sığorta şirkətlərindən əldə edilən mikrosığorta məhsulları üzrə bazar araşdırmasının nəticələri barədə sığortaçıları məlumatlandırıb.Burada mikrosığortanın əhəmiyyəti, beynəlxalq təcrübə, bazar araşdırmasının nəticələrindən asılı olaraq əhalinin mikrosığortaya olan tələbatı, mikrosığorta məhsulları tətbiq olunarsa ehtimal olunan penetrasiya faizi, üstünlük və faydaları barədə danışılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 6 Dekabr 2018-ci il tarixli fərmani ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə sığorta bazarının inkişafı və genişləndirilməsi məqsədilə yeni icbari sığorta növləri – kənd təsərrüfatı sığortası, mikrosığorta, müştərək sığorta və icbari tibbi sığorta məhsullarının yaradılması prioritet olaraq müəyyən edilmişdir.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment