1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Azərbaycan Sığortaçılar Assosiasiyası Ümumi Yığıncağının iclası keçirilib
11.10.2018

Baki, FinanceTime.  Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) Ümumi Yığıncağının iclası keçirilib. Görüşdə Birliyin sədri Mustafa Abbasbəyli və Birliyin nümayəndələri, 20 sığorta və təkrarsığorta şirkəti, həmçinin, Birliyə üzv olan sığorta vasitəçilərinin rəhbər şəxsləri iştirak edib.

Görüşdə Birliyin sədri 2018-ci ilin 3-cü rübü üzrə görülən işlər, həyata keçirilən layihələr və əldə edilən nəticələrin geniş təqdimatını edib. Mustafa Abbasbəyli Birliyin təşəbbüsü və böyük əməyi nəticəsində 28 sentyabrda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, Paşa Həyat Sığorta, Atəşgah Həyat Sığorta və Qala Həyat Sığorta arasında imzalanmış əməkdaşlıq memorandumunu xüsusi olaraq vurğulayıb. Memorandumun istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi və icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini, əməkdaşlıq memorandumunun bağlanmasının sığorta bazarına təxminən 40-60 milyon əlavə sığorta haqqı gətirəcəyini bildirib.

Daha sonra Birlik nəzdində fəaliyyət göstərən Hüquq, Həyat, Qeyri-həyat və Vasitəçilər komitəsinin fəaliyyəti barədə danışıb, onlar tərəfindən görülən işləri yüksək dəyərləndirib. Bununla yanaşı, Monitorinq qrupunun fəaliyyətə başlamasının sığorta bazarındakı qanunsuz endirim və normadan yüksək komission haqqlarına təsirindən bəhs edib.

Görüşün növbəti müzakirə mövzusu Birliyin üzvlük haqqlarının yeni yanaşma əsasında toplanması məsələsi olub. Müşahidə Şurasının razılığı əsasında Ümumi Yığıncağa təqdim olunan yeni yanaşma iclas iştirakçılarının səsverməsi əsasında qəbul edilib.

Xatırladaq ki, Ümumi Yığıncaq Birliyin təsisçilərindən ibarət ali idarəetmə orqanıdır və Nizamnaməyə müvafiq olaraq ildə bir dəfədən az olmayaraq çağırılmalıdır.


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment