Azərbaycanın «PAŞA Həyat Sığorta» şirkəti 2012-ci ilin yanvar-oktyabr aylarında «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə və əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə ümumilikdə 163,3 min manatdan çox sığorta ödənişi həyata keçirib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 89,3% çoxdur. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bu ilin noyabr ayında şirkət tərəfindən bir sığorta hadisəsi üzrə 37,8 min manat sığorta ödənişi edilib.
Bununla yanaşı, qeyd olunan dövr ərzində «PAŞA Həyat Sığorta» şirkəti tərəfindən «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə və əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» növü üzrə 8,768 mln. manatdan artıq sığorta haqqı toplanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yığımların həcmində 18,2% artım müşahidə olunub.
Qeyd edək ki, «PAŞA Həyat Sığorta» ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Cari ilin noyabrın 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.
www.apa.az