1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta AFFA ilə birgə“Məhəllə Futbolu” layihəsinə start verir
07.08.2019

Bakı, FinanceTime.  “Böyük futbola gedən yol məhəllədən başlayır” prinsipinə əsaslanaraq, sağlam həyat tərzinin təbliği və uşaqların futbola marağının artırılması məqsədilə PAŞA Sığortanın dəstəyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşəbbüsü ilə “Məhəllə Futbolu” layihəsinə start verilir.

Layihə sakinlərin futbol oynaması üçün Bakıda və ölkənin müxtəlif regionlarında olan həyətlərdə səyyar futbol meydançalarının quraşdırılmasını nəzərdə tutur. Bu il “Məhəllə Futbolu”nunilk məntəqəsi kimi Yeni Günəşli qəsəbəsində yerləşən “D Park”ərazisi seçilib. Sözügedən ərazidə quraşdırılan səyyar meydança iki həftə ərzində tam ödənişsiz olaraq əhalinin istifadəsində qalacaq. Meydançada AFFA-nın təyin etdiyi məşqçilər tərəfindən təmənnasız futbol dərsləri də keçiriləcək. Həmçinin əhalinin futbola marağını artırmaq məqsədilə mütəmadi olaraq milli komandamızın üzvlərinin meydançanı ziyarət edərək məhəllə sakinləri ilə birgə futbol oynayıb master-klass keçməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu il layihə çərçivəsində yenilik olaraq səyyar meydançada həm oğlanlar, həm də qızlar üçün maraqlı fəallıqların və yarışların keçirilməsi planlaşdırılır.

Səyyar meydançanı özməhəlləsində görmək istəyənlər, PAŞA Sığorta və ya AFFA-nın rəsmi Facebook səhifəsi,o cümlədən marketing@affa.az ünvanı vasitəsilə müraciət edə bilərlər. Meydançanın quraşdırılması üçün əsas şərtlər ərazinin 25x18m ölçülərində düz səthə malik olması; quraşdırılan meydançanın məhəllə sakinlərini narahat etməməsi və məhəllə sakinlərinin, onların avtomobillərinin hərəkətinə maneə törətməməsidir.Məhəllədən 1 nəfər məsul şəxs quraşdırılan meydança və təqdim olunan avadanlıqlara cavabdeh olmalıdır.

İlk dəfə 2016-cı ildə Bakıda reallaşdırılan “Məhəllə Futbolu” layihəsi 2017-ci ildən etibarən PAŞA Sığorta şirkətinin dəstəyi ilə paytaxtla yanaşı, ölkənin digər regionlarını da əhatə etmişdir. Təqdirəlayiqdir ki, təkcə Şəki şəhərində yerləşən 19 nömrəli məktəbin həyətində quraşdırılan meydançadan 1000-dən çox məktəbli və yaxınlıqda yaşayan sakin faydalanmışdır.


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment