1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Bank troyanları 2019-cu ilin birinci yarım illiyində 430 min istifadəçiyə hücum edib
08.08.2019

Bakı, FinanceTime.   “Kaspersky Lab” şirkətinin məlumatına görə, 2019-cu ilin ilk altı ayında bank troyanları dünya üzrə 430 min fərdi və korporativ istifadəçiyə hücum edib. Bu da 2018-ci ilin analoji  dövrü ilə müqayisədə 7% çoxdur. Hücuma məruz qalanların üçdə biri (30%) korporativ istifadəçilərdir.

“RTM” troyan virusu əvvəllər olduğu kimi fəallığını qoruyub saxlayır. Bu virus kiçik şirkətlərin maliyyə hesabatlarına cavabdeh işçilərinə qarşı yönəlib. İlin ilk altı ayı ərzində həyata keçirilmiş troyan hücumların 40% -i “RTM” vasitəsilə reallaşdırılıb. Maliyyə sahəsinə daha çox ziyan vuran ikinci fəal proqram isə “Emotet” olub. Bu proqram sistemə elektron məktublar vasitəsilə daxil olur. Ötən altı ay ərzində baş tutmuş hücumların 15%-i məhz “Emotet”in payına düşür. Maliyyə yönümlü zərərli proqram təminatı üzrə dünyanın ilk üçlüyünü “Trickster” (12%) troyanı tamamlayır.

Bank troyanları pul və ödəmələr üçün lazım olan məlumatları oğurlamaq, eləcə də, maliyyə təşkilatlarının aktivləri və cihazlarına çıxış əldə etmək üçün istifadə olunur. Bu, şirkətlər üçün daha təhlükəlidir, çünki korporativ mühit internetə qoşulmuş çoxlu sayda cihazı birləşdirir. Onlardan birinin hücuma məruz qalması bütün şəbəkəni təhlükə altına alır.

Çox vaxt maliyyə yönümlü zərərli proqramlar spam və fişinq saytları vasitəsilə yayılır. “Kaspersky Lab” ilin ilk yarısında iri bankların saxta səhifələrindən istifadə etməklə həyata keçirilmiş 339 min fişinq hücumu qeydə alıb.

“Son illərin tendensiyasını nəzərə alaraq, maliyyə yönümlü zərərli proqramların ilin sonuna fəallığını artıracağını güman edirik və şirkətlərə istifadə etdikləri təhlükəsizlik həllərinin yayılmış  bank troyanlarını aşkar edib məhdudlaşdırdığına əmin olmağı tövsiyə edirik." - deyə “Kaspersky Lab” şirkətinin anti-virus eksperti Oleq Kupreyev vurğulayıb.  

Maliyyə təhdidlərindən qorunmaq üçün “Kaspersky Lab” təşkilatlara aşağıdakı tədbirləri görməyi tövsiyə edir:

• işçilərə kibertəhlükəsizliyin əsasları üzrə təlim keçmək;

• bütün korporativ cihazlarda ən son proqram yeniliklərini yükləmək;

• naməlum mənbələrdən proqram yükləmə imkanlarını məhdudlaşdırmaq;

• banklara yönəlmiş təhdidləri aşkar etmək, araşdırmaq və vaxtında aradan qaldırmaq imkanı verən EDR həllini tətbiq etmək, məsələn “Kaspersky Endpoint Detection and Response”;

 

• ən təhlükəli məlumatları əldə etmək üçün təhdid haqqında məlumatlandırma xidmətlərini SIEM sistemlərinə və digər təhlükəsizlik idarəetmə elementlərinə birləşdirmək.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment