Baki, FinanceTime. “Kaspersky” şirkəti mülki obyektlərin dronlardan qorunması üçün tətbiq olunan həlli üçün ilk sistem inteqratoru əldə etməsi ilə nəticələnən müqavilə imzalayıb. Müqaviləyə əsasən, şirkətlər birlikdə hava limanlarında, eyni zamanda dəniz limanlarında, dəmir yolu stansiyalarında və digər nəqliyyat infrastrukturu obyektlərində nəqliyyat təhlükəsizliyini təmin etmək üçün çalışacaqlar.
Belə sistemlərin inteqrasiyası nəqliyyat vasitələrinin ərazisinə dronların icazəsiz daxil olması ilə əlaqəli riskləri əhəmiyyətli dərəcədə azalda bilər. Belə hadisələrdən hamı əziyyət çəkir: daşıyıcı, nəqliyyat mərkəzi, sərnişinlər. Məsələn, iki dronun Böyük Britaniyanın Qatvik hava limanının 2018-ci ilin dekabr ayında bir gün ərzində fəaliyyətini əngəllədiyi, bunun nəticəsində Milad bayramı ərəfəsində mindən çox uçuşun ləğv olunduğu və ya təxirə salındığı hamıya məlumdur.
“Kaspersky Antidrone” kimi pilotsuz uçan aparatlardan qorunmaq üçün proqram və aparat sistemləri bu cür təhlükələrin qarşısını almağa qadirdir. Bu həll, lazer skanerindən istifadə edərək, nöqtə buludu ilə dronun mövqeyini təyin etməyə, daha sonra isə neyron şəbəkəsi ilə dronu pilotsuz təyyarədən, quşdan və ya hava balonundan dəqiq fərqləndirmək imkanı olan texnologiyanı özündə birləşdirir. “Kaspersky Antidrone”, dronların aşkarlanması və zərərsizləşdirilməsi üçün istifadə olunan fiziki modulların işini əlaqələndirməyə imkan verir. Bundan əlavə, bu həll məcburi eniş və ya uçuş nöqtəsinə qayıtma ehtimalı səbəbindən, dronun özünə zərər vermədən obyektin qorunmasına imkan verir.
“Bu gün metal detektorlar, müxtəlif növ skanerlər və əşyaları yoxlamaq üçün xüsusi rentgen aparatları nəqliyyat təhlükəsizliyinin vacib elementləridir. Sərnişinlər çoxdan onlara öyrəşiblər. Bu qurğular çətin inteqrasiya yolu keçib. İnanırıq ki, dron əleyhinə müdafiə sistemləri də nəqliyyat obyektlərinin hərtərəfli qorunmasının ayrılmaz bir hissəsinə çevriləcək və tamamilə yeni səviyyəyə qalxacaq." - bunu “Kaspersky Antidrone” layihəsinin meneceri Vladimir Turov deyib.