1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Kaspersky tanınmış oyun xidmətlərindəki hesabları hədəf alan zərərli proqram aşkarlayıb
28.09.2021

Kaspersky mütəxəssisləri gizli şəbəkə (darknet) forumlarında Steam, Epic Games Store və EA Origin kimi tanınmış oyun platformalarındakı hesab məlumatlarını oğurlamaq üçün istifadə edilən troyanlar satıldığını aşkarlayıb. “BloodyStealer” adlandırılan troyan gözəçarpmadan müdaxilə etməyi bacarır, onun gizli şəbəkələrdəki satış qiyməti isə aylıq 10 ABŞ dollarından və ömrülük 40 ABŞ dollarından az deyil. 

Oyundaxili məhsullar və hesablara kölgə forumlarında xüsusi tələbat var. Məsələn, Steam, Origin, Ubisoft və ya EpicGames kimi populyar oyun platformalarına giriş üçün login və şifrə birləşmələri topdan satış qiymətlə min hesab üçün 14,2 ABŞ dollarına və hətta individual hesab qiymətinin 30%-i dəyərində satıla bilər. Oğurlanmış məlumatlar gizli şəbəkədə əksər hallarda məlumat sızması nəticəsində deyil, təcavüzkarların məqsədyönlü fəaliyyəti nəticəsində peyda olur. BloodyStealer vasitəsilə həyata keçirilən hücumlar da bu qəbildəndir.

208 min login və parolun satışı haqqında elan 

 “Haqqında danışdığımız troyan, məsələn, “cookie” fayllar, şifrələr, skrinşotlar, avtomatik tamamlama formaları və bank kartları məlumatları kimi müxtəlif növ məlumatları toplamağa qadirdir. BloodyStealer hücumları hazırda Avropa, Latın Amerikası və Asiya-Sakit okean hövzəsi ölkələrində və digər ölkələrdə qeydə alınır”, - deyə Kaspersky-nin kiber təhlükəsizlik mütəxəssisi Dmitri Qalov bildirib.

Gizli şəbəkə (darknet) forumunda BloodyStealer-in təsviri 

 Kaspersky istifadəçilərə tövsiyə edir:

hesab məlumatlarını ikifaktorlu identifikasiya ilə qoruman;

şübhəli linklər vasitəsilə oyun çatlarından kənar saytlara giriş etməmək və login və şifrə istəyən istənilən resursu diqqətlə yoxlamaq;

proqramları yalnız rəsmi mənbələrdən yükləmək;

xüsusi oyun rejiminə malik, cihazın məhsuladrlığına təsir etmədən məhsulun effektiv fəaliyyətini təmin edən, məsələn,  kompüterlər üçün Kaspersky Total Security və ya Andorid platformalı mobil cihazlar üçün Kaspersky Internet Security kimi etibarlı qoruma həllərindən istifadə etmək.

BloodyStealer haqqında buradan daha ətraflı öyrənə bilərsiniz: https://securelist.com/bloodystealer-and-gaming-assets-for-sale/104319/ 

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment