1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


ASA jurnalistlər üçün yazı müsabiqəsi elan edir
01.12.2021

Azərbaycan Sığortaçılar Assosiasiyası jurnalistlər arasında “Risklərin idarə edilməsində sığortanın rolu” mövzusunda yazı müsabiqəsinə start verdi.

ASA-dan verilən məlumata görə, bu yazı müsabiqəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair” Memorandumu çərçivəsində təşkil olunur.

Qurumdan bildirilir ki, yazı müsabiqəsində I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 1000, 750, 500 manat məbləğində pul mükafatları və sertifikatlar təqdim olunacaq.

Yazı müsabiqəsinin şərtləri aşağıdakı kimidir:

Müsabiqə 1 dekabr 2021-ci il tarixdə başlayır və 2022-ci ilin 10 yanvar tarixdə saat 17:00-da başa çatır;

Müsabiqədə yalnız qeyd olunan dövr ərzində mərkəzi və regional elektron və çap mediasında dərc olunan məqalələr iştirak edə bilər;

Müsabiqədə iştirak edən məqalələr “Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Risklərin idarə edilməsində sığortanın rolu” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb” epiqrafı ilə dərc edilməlidir;

Müsabiqədə iştirak edən yazılar ən az 3000, ən çox isə 5000 işarədən ibarət olmalıdır;

Müsabiqə iştirakçısı müsabiqəyə məqaləni mətn faylında (word) təqdim etməli həmçinin məqalənin dərc olunduğu qəzet və ya jurnalın bir nüsxəsini və ya skan edilmiş elektron variantını, elektron KİV-də yerləşdirilmiş yazının isə linkini göstərməklə saytdan çıxarılmış “print screen” versiyasını ASA-nın rəsmi e-mail (office@asa.az) adresinə göndərilməlidir;

Müsabiqədə I, II və III yerləri tutan jurnalistlərə müvafiq olaraq 1000, 750, 500 manat məbləğində pul mükafatları və sertifikatlar təqdim olunacaq;

Müsabiqə üçün təqdim olunmuş yazıların qiymətləndirilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun nümayəndələrindən təşkil olunmuş münsiflər heyəti tərəfindən həyata keçiriləcək.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment