1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta tərəfindən Korporativ Sosial Məsuliyyət çərçivəsində həyata keçirilən “Güvənli Gələcək” layihəsi yekunlaşdı!
09.02.2022

Daim Korporativ Sosial Məsuliyyət siyasəti və fəaliyyətinə önəm verən PAŞA Sığorta PAŞA Holding-in dəstəyi və “Стоп Угроза” beynəlxalq uşaqlar və valideynlər üçün təhlükəsizlik məktəbinin rəsmi təmsilçisi “GİD CSR Consulting” şirkətinin təşkilatçılığı ilə 2020-ci ildə start verilən “Güvənli Gələcək” adlı sosial layihə başa çatmışdır.

Layihənin əsas məqsədi paytaxt və bölgələrdə yerləşən uşaq evləri, sığınacaqlar və aztəminatlı ailələrin uşaqları üçün təlimlərin keçirilməsi və maarifləndirmə aparılması olmuşdur. Layihə müddətində əsas təhlükəsizlik mövzuları olan “Bullinqə son!” və “5 saniyə ərzində oğrulardan necə xilas olmaq olar” təlimləri keçirilmişdir. Belə ki, layihə müddətində 6-14 yaş aralığında ümumi 600 uşağın iştirakı ilə 17 fərqli mərkəzdə təlimlər hayata keçirilmişdir. Layihə çərçivəsində adı çəkilən mövzularla bağlı bu yaş aralığında uşaqlar üçün infoqrafik videolar hazırlanmış və ictimaiyyətə təqdim edilmişdir.

Layihə üzrə təlimlər “Damla” ictimayi birliyi, Xırdalan Qadın Uşaq sığınacağı, Şüvəlan Ailə Dəstək Mərkəzi, “Ümid Yeri” uşaq evi, SOS uşaq kəndləri, Goranboy, İsmayıllı, Zaqatala, Sabirabad və Saatlı rayonları Ailə Dəstək mərkəzləri, Bakı şəhəri 1, 2 və 3 saylı uşaq evlərində təşkil olunmuşdur.

“Bullinqə son!” adlı təlimdə uşaqlara zərərli hərəkətlər və təsadüfi təhqirləri fərqləndirmək, hər hansısa qəribə hallara düzgün reaksiya vermək bacarığı aşılanmış, mübarizə aparmaq üçün böyüklərə müraciət edib susmamağın nə qədər vacib olduğu öyrədilmişdir. 

“5 saniyə ərzində oğrulardan necə xilas olmaq olar?” adlı təlimlərdə uşaqlara onları əhatə edən insanları dostlar və kənar adamlar qruplarına ayırmağı öyrədilmiş və onlarda etimad dairəsi haqqında anlayış yaradılmışdır. Həmçinin, təlimlərdə şəxsi təhlükəsizliyin necə qorunması mövzusu uşaqlara aydın olması məqsədilə onlarla birgə müzakirələr aparılmış və davranış alqoritminin formalaşdırılmasına təşəbbüs göstərilmişdir.

Qeyd edək ki, hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment