Ölkəmizdəki bir çox nüfuzlu şirkətin həyata keçirdiyi tenderlərin qalibi olan PAŞA Sığorta şirkəti daha 2 tenderdə uğura imza atıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının tibbi və fərdi qəza sığortası üzrə tenderdə PAŞA Sığorta ASC qalib seçilib.
Aqrar Tədarük və Təchizat ASC-nin avtonəqliyyat vasitələrinin kasko sığortası ilə bağlı keçirilən kotirovka sorğusu yekunlaşıb. Bu sorğuda PAŞA Sığorta qalib şirkət olaraq seçilib.
Qeyd etmək istərdik ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndi