1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank sahibkarlara daha bir onlayn xidmət təqdim edib
06.06.2022

Kapital Bank fiziki şəxslər üçün müqavilələrin məsafədən imzalamaq imkanını təqdim edir. Xidmət çərçivəsində fiziki şəxslərin zaminlik müqavilələri və hüquqi şəxslərin təsisçiləri fiziki şəxs olduqda təsisçi qərarları, həmçinin fərdi sahibkarların kredit, qarantiya, akkreditiv və s. kimi öhdəlik müqavilələri, zaminlik və girov müqavilələri üz tanıma sistemi vasitəsilə banka gəlmədən və əlavə tətbiqdən istifadə etmədən imzalana bilər. 

Bu zaman vaxta qənaət olunur, sənədlərin kağız daşıyıcılarda olması zərurəti aradan qalxır, həmçinin bank tərəfindən müqavilənin əlavə təsdiq edilməsi tələb edilmir. İndiyədək digər imza üsullarında mütləq müqavilələr bank tərəfdən təsdiq edilməli, müştəri əlavə olaraq hər hansı bir digər tətbiqdən istifadə etməli, fiziki imza zamanı müqavilələr kağız daşıyıcıda olmalı və müştəri banka fiziki olaraq yaxınlaşma idi. Lakin yeni xidmət vasitəsilə bütün bu qeyd edilən prosedurlara ehtiyac qalmır. Yeni xidmətdən smartfon vasitəsilə də yararlanmaq mümkündür.

Artıq müştərilər bankın filialına yaxınlaşmadan, hətta ölkə xaricində olsalar belə, bank tərəfindən müqavilənin təsdiq etməsini gözləmədən müqaviləni imzalayacaqlar və bununla da imzalanan sənəd qüvvəyə minmiş sayılacaq. Bunun üçün müştərinin mobil nömrəsinə SMS ilə göndərilən linkə daxil olub, əlavə edilən sənədi təsdiq etmək zəruridir.

Qeyd edək ki, Kapital Bank mütəmadi olaraq müştərilərə göstərilən xidmətləri və təqdim edilən məhsulların şərtlərini sadələşdirərək məsafədən həyata keçirilməsi üçün müxtəlif yeniliklər təqdim edir. Bununla da müştərilər vaxta qənaət etməklə prosesləri daha sürətli yerinə yetirə bilirlər.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment