1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Azərbaycan Asiya-Sakit Okean Turizm Assosiasiyasının illik sammitində təmsil olunur
27.10.2022

25-27 oktyabrda Azərbaycan Turizm Bürosu Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) illik sammitində iştirak edir.

Birləşmiş Ərəb Əmirliklərinin Ras-əl-Xaym şəhərində keçirilən sammit “Dünya və dayanıqlı turizm” mövzusuna həsr olunub. Sammitin əsas məqsədi turizm üzrə dünya liderləri ilə pandemiyadan sonrakı dövrdə dayanqlı turizm istiqamətində atılan real addımlara dair öhdəlikləri müzakirə etməkdir.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid “Dayanıqlı səyahət istiqamətində turizm strategiyaları: turizmə yeni baxış” adlı sessiyada panel spikeri qismində iştirak edib.

Florian Zenqstşmid çıxışı zamanı dayanıqlı turizmin formalaşdırılması istiqamətində son illər ölkədə inkişaf etdirilən quş müşahidəçiliyi, haykinq, “Slou Fud”, mədəni irs marşrutları və s. kimi turizm məhsulları və layihələr haqqında məlumat verib. O, həmçinin turizmin inkişafında ölkənin sahib olduğu mədəni və tarixi irsin qorunmasının əhəmiyyətini vurğulayıb.

Sessiyada, həmçinin Yaponiya, Hindistan, İndoneziya və Maldivin turizm və iqtisadiyyat nazirliklərinin nümayəndələri təmsil olunublar.

Sammit çərçivəsində keçirilən sərgidə Azərbaycanın turizm potensialını əks etdirən broşürlər, milli şirniyyatlarımızdan nümunələr ziyarətçilərə təqdim olunub.

Tədbir Asiya-Sakit Okean, Şimali Amerika, Avropa və Yaxın Şərq regionlarının turizm liderlərini bir araya gətirir.

Azərbaycan PATA-ya 2019-cu ildən etibarən üzvdür.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment