26 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2067024706 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 168 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9602.0895 (8.88%) manat və 9623.2189 (8.39%) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 18,000,000 manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9605.5328 (8.80%) manat və orta ölçülmüş qiyməti 9615.5369 (8.57%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 13.07.2023-cü ildir.