1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Yelo Bank ilk rübdə 4 milyondan çox mənfəət əldə edib
26.04.2023

Yelo Bank 2023-cü ilin birinci rübü üzrə maliyyə göstəricilərini açıqladı. Nəticələrdən Bankın bu ilə uğurlu şəkildə başladığını görmək olar. Hesabata əsasən, Bankın xalis mənfəəti 4 mln manatdan çox olub. Eyni zamanda aktivləri də ötən ilin eyni dövrü ilə müqayisədə artaraq 830 mln manatı ötüb.

Bank kredit portfeli üzrə uzun müddətdir ki, pozitiv artım tendensiyasını qoruyub saxlayır. Belə ki, 2022-ci ilin analoji dövrü ilə müqayisədə kredit portfeli 168 mln, yəni 36% artaraq 640 mln manata çatıb. Bankın missiyasına uyğun olaraq kredit portfelinin mühüm qismini real sektorun maliyyələşməsi təşkil edir. Rüb ərzində 5 minə yaxın müştəriyə verilmiş biznes krediti nəticəsində bu istiqamət üzrə portfel 27 mln manat artaraq 424 mln manat olub.

İstehlak üzrə kredit portfelində də artım müşahidə olunur. İlk rüb ərzində 5 000 müştəriyə 50 mln manatdan artıq istehlak krediti verilib. Nəticədə bu istiqamət üzrə kredit portfeli 217 mln manatı ötüb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 34 mln manat, yəni 19% artım deməkdir. Qeyd edək ki, bu satışın 33%-i onlayn kanalların payına düşür.

Yelo Bankın əmanət portfelində də nəzərəçarpan artım var. Ötən ilin eyni dövrü ilə müqayisədə bu istiqamət üzrə portfel 125 mln manat, yəni 28% artım ilə 577 mln manat təşkil edib. Bu artımın fiziki şəxslərin əmanətləri hesabına baş verməsi əhalinin Banka olan etibarının göstəricisidir.

Hesabat dövrü üzrə Bankın faiz gəlirləri isə 25 mln manatı ötüb. Bu da 2022-ci il ilə müqayisədə 7 mln manat çoxdur. İlk rüb üzrə qeyri-faiz gəlirləri də artaraq 2.3 mln manata çatıb. Bankın məcmu kapitalı 92 mln manat təşkil edir, bu da requlyativ tələbdən 42 mln manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 12,36%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 8.09% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment