13 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2190024706 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,938.3162(7.98%) manat və 9,945.8504 (7%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 41,600,000manat olmuşdur.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,939.3150 (7.85%) manat və orta ölçülmüş qiyməti 9,940.0415 (7.76%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 10.01.2024-cü ildir.