14 dekabr 2023-cü il tarixində “Bakı Fond Birjası“ QSC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilmişdir.
Yığıncaqda Bakı Fond Birjası QSC-nin İdarə Heyətinin yeni tərkibi təsdiq edilmişdir. Yığıncağın qərarına əsasən İdarə Heyətinin yeni sədri Ruslan Xəlilov təyin olunmuşdur. O öz səlahiyyətlərinin icrasına 2024-cü ilin yanvar ayından başlayacaqdır.
“Bakı Fond Birjası“nın Baş Kommersiya İnzibatçısı Oqtay Qasımov vəBaş Maliyyə İnzibatçısı Mehman Ramazanov isə İdarə Heyətinin üzvləri seçilmişlər.
İdarə Heyətinin hər üç üzvü,mərkəz ofisi ABŞ-da yerləşən CFA İnstitute (Chartered Financial Analyst)təşkilatının peşəkar sertifikatına və maliyyə, kapital bazarları və investisiya idarəçiliyi sahəsində böyük təcrübəyə malikdirlər.