21 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040331ISIN-li, 150 mln. manat həcmində,1092 günolan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı10 investor tərəfindən qiymət intervalı85.2480 (12%)manatvə 99.1914 (6.3%)manat olan21sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti99.1914 (6.3%)manatmüəyyən edilmişdir. Sifarişlərinnominal qiymətlə ümumi məbləği 258,030,400 manat,yerləşdirilmiş həcmi isə 207,193,900manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi17 dekabr2026-cı il.
Hərrac iştirakçıları 22dekabr2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.