09 avqust 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Kredit Həyat Sığortası üzrə İşçi Qrupu”nun üzvləri və “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədri Niyaz İsmayılov arasında onlayn görüş keçirilmişdir.
Görüşdə ABA ilə Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) arasında istehlak kreditləri götürən şəxslərin ölüm və əmək qabiliyyətinin itirilməsi halında həyat sığortası mexanizmlərinin tətbiqi üzrə layihə ilə bağlı banklardakı cari status müzakirə edilmişdir.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.