|
|
|
Digər xəbərlər | | | İqtisadiyyat nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək |
26.09.2024 | |
| |
30 sentyabr 2024-cü il tarixdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Qusar, Quba və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan etibarən Qusar şəhəri, Mirzə Vəliyev küçəsi 6 ünvanında, Qusar rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya "195-1" Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.
|
|
|
|