1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibankın “Əjdaha” lotereyasının ikinci tirajının qalibləri seçilib
01.10.2024

Daha 252 nəfər “Unibank”ın “Əjdaha” lotereyasının qalibi olub. Lotereyanın ikinci tirajının qalibləri Xəzər TV canlı efirində xüsusi kompüter proqramı vasitəsilə seçilib. Lotereyanın şərtlərinə görə,2 nəfər ToyotaCorollaCross avtomobili, 10 nəfər iPhone 15 Pro, 20 nəfər 1000 AZN, 20 nəfər 500 AZN, 200 nəfər isə 100 AZN qazanıb.

“Əjdaha” lotereyasının ikinci tirajında avqustun 21-dən sentyabrın 20-dək Unibank bank kartları ilə 50 manat və yuxarı ödəniş edərək, azı 5 şansı olan müştərilər iştirak edib. İkinci tirajqaliblərindən biri cəmi 10 şanslaqalib olub. Qaliblərin siyahısında minlərləşansı olanlar da var. “Əjdaha” lotereyasının ikinci tirajında 240 Unibank müştərisi ümumilikdə 50 min manat pul mükafatı qazanıb. Qaliblərin siyahısı bankın rəsmi saytında yerləşdirilib: 

https://unibank.az/uploads/menus/1727780115qalibler%202.pdf

Lotereyanın üçüncü tirajının qalibləri oktyabrın sonlarında Xəzər TV-nin canlı yayımında xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçmə üsulu ilə seçiləcək. Artıq sentyabrın 21-dən oktyabrın 20-dək etdiyiniz ödənişlər sizə 3-cü tiraj üçün şans qazandırır. Hər tirajda iştirak etmək üçün həmin tiraj müddətində azı 50 manatlıq ödəniş edib minimum 5 şans qazanmaq lazımdır. Bu halda əvvəlki tirajda qazandığınız şanslar da bura əlavə olunur. 

Şans sayınızı artırmaq üçün Unibank sizə xüsusi imkanlar yaradıb. Belə ki, üçüncü tiraj müddətində bütün yanacaqdoldurma məntəqələrində Unibankkartıyla minimum 10manat ödəniş3 şans qazandırır. Bravo-da etdiyiniz hər 10 manatlıq alış-veriş və Bolt Food-da etdiyiniz hər 10 manatlıq sifariş sizə 3 şans qazandırır. Eləcə də xaricdə Unibank kartı ilə xərclədiyiniz hər 10 manat yaxud bu məbləğin ekvivalenti sizə 3 şans qazandırır. Bu tiraj ərzində xarici saytlarda etdiyiniz hər 10 manatlıq ödəniş də sizə 1 deyil 3 şans qazandıracaq. Eyni zamanda “Unibank”ın mobil tətbiqi olan UBank vasitəsilə etdiyiniz bir sıra ödənişlər zamanı da hər 10 manat 3 şans qazandıracaq. 

Seabreeze Park Residence-2-də yerləşən 3 ədəd tam təmirli və əşyalı mənzildən, səkkiz ədəd ToyotaCorollaCross avtomobilindən, 50 AppleiPhone 15 Pro telefonundan birinə və 250 000 manatlıq pul uduşunda seçilmiş məbləğlərə sahib olmaq istəyirsinizsə, siz də “Əjdaha” lotereyasının iştirakçısı olun!

Lotereya haqqında daha ətraflı məlumatı bankın saytından (https://unibank.az/lottery/index?language=az) öyrənə bilərsiniz. 

Unibank kartınla xərclə və “Əjdaha” lotereyasında iştirak et!

Unibank -Sənin Bankın!


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment