1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank üçüncü rübün maliyyə nəticələrini açıqlayıb
11.10.2024

Unibank 2024-cü ilin 3-cü rübü ərzində də aktiv kreditləşməni həyata keçirərək, ölkə iqtisadiyyatına öz töhfəsini verməkdə davam edib. 2023-ci ilin üçüncü rübünün nəticələri ilə müqayisədə bu ilin müvafiq dövründə “Unibank”ın ümumi kredit portfelinin həcmi 96 milyon manat artıb. Bu artımda biznes kreditlərinin artımı əhəmiyyətli olub. Yeni strateji hədəflərində real sektorun inkişafına xüsusi yer ayıran Bankın, prioritetlərinə uyğun olaraq, biznes kreditlərinin həcmi ümumi kredit portfelinin tərkibində genişlənməkdə davam edib. Ötən ilin analoji dövrü ilə müqayisədə biznes kreditlərinin ümumi kredit portfelində payı 30 sentyabr 2024-cü il tarixinə 5%-dək artıb.

Ümumilikdə isə biznes kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq, 409 milyon manata yaxınlaşıb. Uyğun olarq, biznes kredit portfelinin həcmi 55 %, verilən biznes kreditlərinin həcmi isə 55,3 % artıb. Yeni kreditlərin sayında da 50 %-dək yüksəlmə qeydə alınıb. 

Bununla yanaşı, mikrokreditlərin biznes portfeldə həcmi 24%,hesabat dövründə verilmiş mikro kreditlərin həcmi isə 20 % artıb. Unibank regionlarda və ucqar kəndlərdə mikro sahibkarlara müxtəlif sektorlar üzrə kredit əlçatanlığını artırmaqla, maliyyə inklüzivliyinə və sosial-iqtisafi inkişafa töhfə verməkdədir. İlin ilk 9 ayının nəticələrinə görə, mikro kreditlər üzrə portfelin 70 %-ə yaxını regionların payına düşür.  

Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov bildirib ki, bu ilin ilk doqquz ayının nəticələri, nəzərdə tutulan hədəflərə uyğundur: “Maliyyə göstəriciləri qarşıya qoyduğumuz hədəflərin realizasiyasına nail olduğumuzu göstərir. Yeni strateji dövrün çağırışlarına və hədəflərinə uyğun olaraq, KOB müştərilərimiz üçün loyallıq və əlavə dəyər yaradan bankçılıq mühiti formalaşdırmaq istiqamətində fəaliyyətimiz davam edir. Yeni rəqəmsal həllərimiz maliyyə əlçatanlığını artırmaqla yanaşı, bizneslərin dayanıqlı inkişafına əhəmiyyətli dəstəyini göstərəcəkdir. Həm biznes, həm də pərakəndə müştərilərimizəmünasibətdə, fəaliyyətimizin və bankçılıqxidmətlərimizin ESİ (Ekoloji, Sosial və İdarəetmə) prinsiplərinə uyğunluğuna xüsusi diqqət edirik. Bugünlərdə bazara təqdimatı nəzərdə tutulan və ölkəmiz üçün ilk olan müstəqil beynəlxalq qiymətləndirici tərəfindən yaşıl maliyyələşmə meyarlarına uyğun istiqrazların buraxılması, bu istiqamətdə Bankımız tərəfindən işlərin diqqətdə saxlanıldığını göstərməklə yanaşı, “təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilmək” milli prioritetini dəstəkləməsi baxımından məsuliyyətli korporativ vətəndaş kimi Bizim üçün qürurvericidir. Yüksək gəlirli bu istiqrazlar, ekoloji təmiz gələcəyə yatırım etmək istəyən hər bir investor üçün uğurlu seçim olacaq. Yaşıl istiqrazların emissiyasından əldə ediləcək vəsaitlərin bərpa olunan enerji, çirklənmənin qarşısının alınması, təmiz nəqliyyat, habelə iqlim dəyişmələrin inmitiqasiyası və adaptasiyası üzrə digər dayanıqlılıq prinsiplərinə uyğun layihələrin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur”.

Hesabat dövrü bu hədəflərin bir hissəsi olan nağdsız dövriyyənin ciddi artımı ilə də yadda qalıb. Üçüncü rübün sonuna nağdsız əməliyyatların həcmi 41 % çoxalaraq,  8,9 milyard manata yaxınlaşıb. Unibank kartları üzrə nağdsız əməliyyatların sayı isə 48 % artaraq, 261 milyonu ötüb. 

Ötən müddət ərzində “Unibank”ın depozit portfeli də böyüyüb. Ümumi depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 108 milyon manat artmaqla, bu ilin üçüncü rübünün yekununda 1 milyard 232 milyon manat təşkil edib.

Hesabat dövründə əsas maliyyə göstəricilərində artım qeydə alınıb. 30 sentyabr 2024-cü il tarixinə Bankın əməliyyat mənfəəti 50 milyon manat təşkil edib. Dövr ərzində Bankın məcmu gəlirləri 24 milyon manat artıb. Bununla da üçüncürübün sonuna faiz və qeyri-faiz gəlirləri 257 milyon manata yüksəlib. Bu artımların fonunda bankın xalis mənfəəti 17,6 milyon manat təşkil edib.  

Dövr ərzində Bankın kapital mövqeyi də xeyli güclənib. Məcmu kapital ötən ilin 3-cü rübü ilə müqayisədə 11 %-dən çox artaraq, 169 milyon manat olub. 2024-cü ilin ilk doqquz ayında Bank kapital adekvatlığını yüksəldib. Belə ki, ilin üçüncü rübünün sonuna bankın kapital adekvatlıq əmsalı artaraq, 12,9  %-ə yaxınlaşıb. Hesabat dövrünün sonuna bankın aktivləri də 12% artaraq, 1 milyard 716 milyon manat olub.

Unibank-Sənin Bankın!

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment