1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Visa B2B Connect ilə Beynəlxalq Köçürmələrdə Yeni Dövr!
02.12.2024

Bank “BTB” və onun rəqəmsal ödəniş sahəsindəki tərəfdaşı VİSA şirkəti, korporativ və biznes müştərilərinin istifadəsinə Visa B2B Connect ödəniş sistemini təqdim etdi. Bu yeni xidmət vasitəsilə, Bank “BTB”-nin müştəriləri beynəlxalq köçürmələri ən yüksək təhlükəsizlik standartlarına uyğun olaraq daha sürətli, etibarlı və əməliyyat xərclərini minimuma endirməklə həyata keçirəcəklər.

Visa B2B Connect sistemi, ənənəvi hesablaşma proseslərində mövcud olan məhdudiyyətləri aradan qaldıraraq əməliyyatların sürətini artırır və maliyyə əməliyyatlarının səmərəliliyini yüksəldir. Bu innovativ həll, həm vəsait göndərənlərə, həm də alan tərəflərə köçürmələrin vəziyyətini izləmək, şəffaf şəkildə nəzarət etmək və pul axınını daha aydın bir şəkildə idarə etmək imkanı yaradır. Beləliklə, müştərilər yalnız əməliyyatlarının sürətindən deyil, həm də əməliyyatlarının şəffaflığından yararlanaraq riskləri minimuma endirə biləcəklər.

Qeyd etmək lazımdır ki, Visa B2B Connect hazırda dünyanın 80-dən çox ölkəsində mövcuddur və müxtəlif miqyaslı bizneslər üçün etibarlı və çevik həllər təqdim edir. Bank BTB, bu unikal sistemi tətbiq etməklə, yalnız korporativ müştərilər üçün deyil, həm də ümumilikdə ölkədə rəqəmsal maliyyə texnologiyalarının inkişafına və bu sahədə rəqabət qabiliyyətinin artmasına şərait yaradır. 

Visa B2B Connect-in imkanlarından yararlanaraq Bank BTB, müştərilərinə yenilikçi, təhlükəsiz və qlobal səviyyədə tanınan xidmətlərin təqdimatın arxalanaraq dekabr ayının sonunadək yeni müştərilərə köçürmələr zamanı 50% endirim təklif edir.

Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment