Və hər ikincisi işlədiyi təşkilatda zəruri təlimlərin keçirilmədiyini bildirir.
Kaspersky-nin apardığı sorğuya* görə, Azərbaycanda işçilərin 45%-i rəqəmsal bilik və bacarıqların çatışmazlığı səbəbindən işini itirməkdən qorxur. Onlardan 29%-i hesab edir ki, bu hadisə ilə növbəti 5 il ərzində üzləşə bilərlər.
Problemin ciddilik dərəcəsi. Azərbaycanlıların 41%-i kompüterlər və rəqəmsal xidmətlərlə işləmək üçün rəqəmsal bilik və bacarıqların müəyyən dərəcədə, 14%-i isə ciddi şəkildə çatışmadığını bildirir.
Şirkətlər rəqəmsal savadlılığı artırmağa kömək edirmi. Hər ikinci respondent qeyd edib ki, çalışdıqları təşkilatlarda rəqəmsal bilik və bacarıqların artırılması üzrə heç bir təlim təşkil olunmur. Respondentlərin üçdə birindən çoxu (35%) işəgötürənlərinin ümumi İT təlimlər keçdiyini, yalnız 7%-i isə kibertəhlükəsizlik üzrə spesifik təlimlərin təşkil olunduğunu bildirib.İT və ya kibertəhlükəsizlik üzrə təlimlərə cəlb olunanların əksəriyyəti (77%) fişinq kimi kibertəhlükələrə qurbanına çevrilməmək üçün kifayət qədər bilik əldə etdiyini düşünür.
Risklər lazımınca qiymətləndirilmir. Maşın öyrənməsi və avtomatlaşdırma texnologiyalarının inkişafı ilə işçilərin rəqəmsal savadlılığı prioritet olmalıdır. Dərin saxtakarlıq (deepfake) texnologiyalarının sayının artması işçilərin onların saxta olduğunu müəyyən edə bilməməsi ilə şirkətlər üçün ciddi problemlər yarada bilər. Lakin insanların əksəriyyəti bu risklərə inanmır. Belə ki, respondentlərin 69%-i hesab edir ki, çalışdıqları təşkilat deepfake texnologiyalarından istifadə ilə təşkil edilən hücumlar nəticəsində pul itirə bilməz, 18%-i isə bunun əksini düşünür düşünür. Halbuki dünyada artıq bir çox halda bu cür texnologiyalar ilə insanları və təşkilatları dələduzlara pul köçürməyə inandırmağı bacarıblar.
“Bir çoxları süni intellekt (AI) və maşın öyrənməsi (ML) həllərinin sürətli inkişafı ilə işlərini itirməkdən qorxur. Əslində, yeni texnologiyalar rutin prosesləri sürətləndirməyə imkan verir. Lakin həyəcan təbili çalan başqa bir məsələdir — dələduzların bu xidmətlərdən kiberhücumların təşkili üçün istifadə etmə ehtimalı. Təşkilatları belə mürəkkəb təhdidlərdən qorumaq üçün XDR (Extended Detection and Response) sinfinə aid həllər kömək edə bilər. Bu sistemdə bütün müdafiə alətləri bir-biri ilə sinxronlaşdırılıb və istənilən məsələni “bir pəncərə” rejimində həll etmək mümkündür», – deyə Kaspersky-ninAzərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.
* Sorğu 2024-cü ilin noyabr-dekabr aylarında “ERA Research” şirkəti tərəfindən aparılıb. Telefon üzərindən aparılmış sorğuda Bakı, Gəncə və Sumqayıt şəhərlərinin 18 yaşdan yuxarı 500 nəfər sakini iştirak edib.