Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən keçirilən “Nə? Harada? Nə zaman?” Banklararası intellektual yarışmanın qalibləri məlum olub.
18 dekabr 2024-cü il tarixində ABA tərəfindən Banklararası “Nə? Harada? Nə zaman?” intellektual yarışması keçirilib.
15 bankdan 90 əməkdaşın iştirak etdiyi yarışmanın qalibi “Kapital Bank” ASC komandası olub.
Belə ki, “Kapital Bank” ASC və “ABB” ASC komandaları mümkün 36 sualdan 27-ə doğru cavab verib və sonda bərabərliyə qalıb. 3 mərhələdən ibarət çempionatda I və II yerin müəyyənləşdirilməsi üçün komandalara əlavə sual verilib. Nəticədə “Kapital Bank” ASC səsləndirilən əlavə sualı doğru cavablandıraraq I yerə, “ABB” ASC isə 2-ci yerə layiq görülüb. III yerin qalibi isə mümkün 36 sualdan 24-nü cavablandıran “Unibank” KB ASC komandası olub.
Xatırladaq ki, ötən yarışmada “Kapital Bank” ASC I, “ABB” ASC II, “Yelo Bank” ASC isə III yerdə qərarlaşıb.
Yarışın ilk 3 yerinin reytinqini diqqətinizə çatdırırıq.
Sıra |
Komanda |
Xal |
I |
“Kapital Bank” ASC |
28 |
II |
“ABB” ASC |
27 |
III |
“Unibank” KB ASC |
24 |