|
|
|
Digər xəbərlər | | | “Kredit işi Ekspert Qrupu” üzvlərinin AMB nümayəndələri ilə görüşü keçirilib |
19.12.2024 | |
| |
17 dekabr 2024-cü il tarixində “Zoom” platforması üzərindən Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Kredit işi Ekspert Qrupu” üzvlərinin Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndələri ilə görüşü keçirilmişdir.
Görüş zamanı AMB tərəfindən kreditləşmə və maliyyələşmə fəaliyyətinə dair sorğu ilə əlaqədar təqdimatlar nümayiş etdirilmişdir.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.
|
|
|
|