1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bank tərəfindən “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası” təsdiq edilib
20.12.2024

Azərbaycan Respublikasının Mərkəzi Bankı "2024-2026-cı illərdə Maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində müəyyən edilmiş hədəflərinə uyğun olaraq təşəbbüslərini uğurla davam etdirir. Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyə sektorunun modernizasiyası layihəsi” çərçivəsində Mərkəzi Bank “Risk əsaslı nəzarətin tətbiqi üzrə yeni Siyasət Konsepsiyası”nı (Konsepsiya) təsdiq edib. Bu Konsepsiya maliyyə sektorunda mütərəqqi beynəlxalq təcrübəyə uyğun effektiv nəzarət sisteminin qurulmasına və nəticədə maliyyə sektorunda sistem riskinin minimallaşdırılmasına xidmət edir. Bununla yanaşı, Konsepsiya sənədi yerli və beynəlxalq ictimaiyyətlə Mərkəzi Bankın yeni nəzarət yanaşması ilə bağlı kommunikasiyanı təmin edəcəkdir.

Konsepsiyaya əsasən formalaşdırılmış ARAS (Azerbaijan Risk Assessment System - Azərbaycan Risklərin Qiymətləndirilməsi Sistemi) adlandırılan risk əsaslı nəzarət yanaşması özündə nəzarət subyektlərinin fəaliyyətləri ilə bağlı risklərin erkən aşkarlanmasını, onların və risk idarəetməsi proseslərinin qiymətləndirilməsini, habelə risklərə uyğun proporsional və preventiv nəzarət rejiminin tətbiqini ehtiva edir.

Sözügedən sənəd risk əsaslı nəzarət dövrünü konseptual şəkildə ehtiva etməklə yanaşı, risk əsaslı nəzarətin təşkilati quruluşunu, o cümlədən Nəzarət Komitəsinin, habelə digər strukturların funksiyalarını müəyyən edir. Nəzarət Komitəsi nəzarət təlimatlarının təsdiqi, əsaslandırılmış mülahizənin formalaşdırılması, nəzarət təcrübələrinin nəzərdən keçirilməsi, illik nəzarət planları və nəzarət prioritetləri layihəsinin İdarə Heyətinə təqdim edilməsi kimi funksiyaları icra edəcəkdir.

Konsepsiya eyni zamanda Mərkəzi Bankın "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nda müəyyən edilmiş aşağıdakı hədəflərə nail olunmasına dəstək verəcəkdir:

Banklara kapital və likvidlik tələblərinin “Bazel III” standartlarına uyğunlaşdırılması

Sığorta sektorunda “Solvency II” standartlarının tətbiqi

Kapital bazarında “IOSCO” prinsiplərinin implementasiyası

Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə və bazar davranışlarına nəzarətin təkmilləşməsi

Əlavə olaraq, bildiririk ki, Konsepsiyanın tətbiqi nəzarət texnologiyaları (SupTech) və rezolyusiya çərçivəsinin təkmilləşməsi ilə dəstəklənəcəkdir.

Konsepsiya sənədi ilə bu keçiddən istifadə etməklə tanış ola bilərsiniz:

Azərbaycan Respublikası Mərkəzi Bankının risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası - https://uploads.cbar.az/assets/7fd12f0749b180441d54cd4de.pdf

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment