"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
23.12.2024
23 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi 24 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2002004581
İstiqrazın növü və forması
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu / forması
Kütləvi / Rəqabətli
İstiqrazların sayı
1,000,000 (ədəd)
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
100,000,000 manat
İllik gəlirlilik faizi
11%
Ödəmə periodu
ildə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə hər 3 (üç) təqvim ayından bir