1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının (ESG) əsas istiqamətlərindən biri kimi
23.12.2024

Dekabrın 23-də Azərbaycan-Türkiyə İş Adamları Birliyi tərəfindən Birliyin qızıl üzvü Azər Türk Bankın dəstəyi ilə “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının (ESG) əsas istiqamətlərindən biri kimi” mövzusunda konfrans keçirilib. 

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer, millət vəkilləri, Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin müşavirləri, dövlət qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri və iş adamları iştirak ediblər.

Konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, ŞKTR-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer mövzunun sahibkarlar üçün əhəmiyyətindən danışıb, ölkə başçısının növbəti onillik üçün qarşıya qoyduğu “Rəqabətli insan kapitalı” Milli Prioritetinə çatmaq üçün bu növ tədbirlərin vaxtaşırı təşkil edilməsinin önəmini vurğulayıblar.

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında KOBİA-nın təşəbbüsü ilə hazırlanmış və yaxınlarda Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul olunmuş “AZS IWA 48:2024 “Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üzrə çərçivə” dövlət standartı barədə məlumat verərək bizneslərin ESG prinsiplərinə riayət etməsinin biznes proseslərinin optimallaşmasına, istehsal xərclərinin azaldılmasına, rəqabət qabiliyyətinin yüksəldilməsinə, ixrac potensialının artırılmasına və xüsusilə, xarici investisiyaların cəlb edilməsinə imkan verəcəyini qeyd edib.






ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva Respublikamızda işçilərin əmək hüquqlarının müdafiəsi, iş yerlərinin təhlükəsizliyinin təmin edilməsi və əməyin mühafizəsi sahəsində mövcud qanunvericilik və görülmüş işlər, Nazirlik tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Hasil Abbasov Azərbaycanda əhalinin məşğulluğunun təmin edilməsi, işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin tənzimlənməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi, eləcə də qeyri-formal məşğulluğun qarşısının alınması,ƏƏSMN tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədr müavini Elçin Süleymanov isə əmək bazarının cari və perspektiv vəziyyətinin qiymətləndirilməsi, strateji məşğulluq sahələrinin, onların gələcək inkişaf meyillərinin müəyyən edilməsi, əmək, məşğulluq, sosial müdafiə sahələrində peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının tərtib edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə çıxış ediblər. 

Daha sonra Dövlət Əmək Müfəttişliyi Xidməti və Milli Observatoriyanın birgə layihəsi olan “DOST Müfəttiş” layihəsi barədə təqdimat edilib.

Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb. 

 


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment