1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Dövlət orqanı ilə həyat sığortası şirkətləri arasında qarşılıqlı faydalı əlaqələrin yaradılmasına dair saziş imzalanıb
25.12.2013

Baki, Finance Time. 25 dekabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və “PAŞA Həyat”, “Atəşgah” və “Qala Həyat” sığorta şirkətləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

İmzalanmış sazişə əsasən, tərəflər sığortalılar tərəfindən istehsalatda bədbəxt hadisə və peşə xətəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin görülməsi və əməyin mühafzəsi üzrə vəzifələrin yerinə yetirilməsi dövlət nəzarətnin həyata keçirilməsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini və inkişafını təmin edəcəklər.

Eyni zamanda əməyin mühafizəsi və istehsalatda bədbəxt hadisələrdən icbari sığorta sahəsində  sahəsində işəgötürənlərin maarifləndirilməsi və məlumatlandırılması, eləcə də sığorta qanunvericiliyinə və istehsalatda bədbəxt hadisələrdən icbari sığorta sahəsinə dair mövzular üzrə müzakirələrin və görüşlərin (dəyirmi masaların, seminarların, konfransların) keçirilməsi, həmçinin sözügedən sığorta növü üzrə sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi vəicbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılmasısazişlə əməkdaşlıq ediləcək sahələrə aid edilib.

Müqavilədə tərəflərin qarşılıqlı razılığı əsasında tələbatdan və istiqamətlərdən asılı olaraq müvafiq əməkdaşlıq formaları qeyd olunub ki, bura məlumat və sənədlərin mübadiləsi, informasiya ehtiyatları üzrə məlumat bazalarının inteqrasiyası, həmçinin istehsalatda bədbəxt hadisələrdən icbari sığorta sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsində aşkarlanan qanun pozuntuları hallarının aradan qaldırılması və digər əməkdaşlıq formaları daxildir.


     



27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
 
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment