Ötən il ərzində Azərbaycanda İcbari Sığorta Bürosunun icraatında 32 kompensasiya tələbi olub.
Bürodan «APA-Economics»ə verilən məlumata görə, kompensasiya işlərindən 24-nə baxılaraq zərərçəkən şəxslərə kompensasiya ödənişləri verilib. Bu işlərdən 7-si şəxsin ölümü ilə bağlı olub ki, həmin işlər üzrə 34 200 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.
Sağlamlığa ağır və ya az ağır zərər vurulması ilə bağlı olan 15 iş üzrə 18 691 manat, sağlamlığa yüngül zərər vurulması ilə əlaqədar olan 2 iş üzrə isə 1 500 manat məbləğində kompensasiya ödənilib.
Ümumilikdə, bütün kompensasiya tələbləri üzrə 54 391 manat məbləğində ödəniş həyata keçirilib.
www.apa.az