“Dodge” brendi dünyanın 50 ən innovativ şirkətindən biri seçilib.
“APA-Economics”in xəbərinə görə, “Fast Company” jurnalının bu reytinqə həsr olunmuş 2014-cü il buraxılışında “Dodge” 11-ci yerdədir. Brendin siyahıya düşməsinə səbəb uğurlu təşəbbüsləri ilə bağlı adının çox hallanması olub.
Dünyanın 50 ən innovativ şirkəti siyahısında ilk onluqda “Google”, “Bloomberg”, “Dropbox”, “Netflix”, “Nike” kimi yenilikləri günbəgün dəyişən və adları dildən düşməyən nəhənglərin adı var.
“Twitter”, “Amazon” və “Apple”in belə “Dodge”dan sonra gəlməsini “Fast Company” münsifləri brendin yeni “Dodge Durango” ilə bağlı reklam kampaniyası ilə əlaqələndiriblər. Məşhur komediya aktyoru Uill Ferrelin çəkildiyi “Aparıcı” filmi yayımlanandan “Dodge Durango” satışları 50%-dən çox artırıb.
Qərargahı Nyu-Yorkda yerləşən “Fast Company” dünyanın aparıcı biznes medialarından sayılır. Unikal nəşrləri və təhlilləri texnologiyalar, etik iqtisadiyyat, liderlik və dizayn istiqamətlərinə yönəlib.
www.apa.az