1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Avropa İttifaqı(Aİ) və Azərbaycan yeni proqrama start verir
05.03.2022

Aİ Ətraf Mühit üçün – Su Resursları və Ətraf Mühit Məlumatları

Aİ Ətraf Mühit üçün -Su Resursları və Ətraf Mühit Məlumatları proqramının Azərbaycanda rəsmi açılışı 2 mart 2022-ci il tarixində onlayn formatda keçirilib. Proqram Avropa Yaşıl Razılaşmasına və COVID-19-dan sonra yaşıll bərpa proqramına uyğun olaraq təbii ehtiyatların qorunmasında ölkəyə

daha çox dəstək verəcək. Proqramın məqsədi Azərbaycanda əhalinin sağlamlığının və rifahının yaxşılaşdırılması, eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaqdır. Proqram Su və Sıfır Çirklənmə üzrə Avropa Komanda Təşəbbüsünün bir hissəsidir və bütün vətəndaşlar üçün

təmiz(toksiksiz) bir ətraf mühitə doğru irəliləməyə yönəlmişdir. Aİ Ətraf Mühitüçün – Su Resursları və Ətraf Mühit Məlumatları Azərbaycanda davam edən Aİ Ətraf Mühit üçün Fəaliyyətini gücləndirir Onun məqsədi i) su ehtiyatlarının mərkəzsizləşdirilmiş idarə edilməsi vasitəsilə mövcud və yeni siyasət və qaydaların yerli səviyyələrdə həyata keçirilməsini dəstəkləmək və ii) qərar qəbul edən şəxslərə və Azərbaycan vətəndaşlarına su ehtiyatları, həmçinin havanın keyfiyyəti, torpaqdan istifadə və tullantılar haqqında etibarlı məlumat və məlumatlara çıxış

imkanı verməkdir. Bu məqsədlə, Aİ Ətraf Mühit üçün– Su Resursları və Ətraf Mühit Məlumatları əvvəllər icra olunmuş olan Avropa İttifaqının Su Təşəbbüsü Plyus (AİST+) və Ətraf Mühit üzrə Birgə İnformasiya Sistemi(ƏMBİS) Faza II (ENIS SEIS II Şərq) layihələrin uğuruna əsaslanır.

AİST+ layihəsi Azərbaycana Aİ ilə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini həyata keçirməyə və Aİnin su idarəçiliyi təcrübələrini tədricən qəbul etməyə köməklik etmişdir. Kür çayının Mingəçevir su anbarının bəndindən yuxarı hövzə rayonu(15.000km², 1,5 milyon əhali) üçün Çay Hövzəsinin İdarə

edilməsi Planı artıq təsdiqə hazırdır. Su ehtiyatları haqqında bilikləri möhkəmləndirmək üçün üç su laboratoriyası yeni yüksək səviyyəli analitik avadanlıqla təmir edilmişdir. Çaylar və qrunt suları üçün monitorinq şəbəkəsi təkmilləşdirilmiş və sahil suları da daxil olmaqla 130-a yaxın ərazini əhatə edən çöl tədqiqatları aparılmışdır.Həmçinin layihə çərçivəsində su məlumatlarının inteqrasiyası, qanunvericilik və qaydaların tətbiqi, Gürcüstanla transsərhəd əməkdaşlığı və maliyyələşdirmə mexanizmləri üzrə digər işlər görülmüşdür. ƏMBİS(ENI SEIS II) Şərq layihəsi biomüxtəliflik, su, torpaq, tullantılar və havanın ekoloji məlumatlarının və göstəricilərin istehsalını gücləndirmək üçün Ətraf Mühit uzrə Birgə İnformasiya Sisteminin prinsip və təcrübələrinin həyata keçirilməsini dəstəkləmışdir. Layihə Azərbaycanın ətraf mühitin qiymətləndirilməsi və hesabatlılıq sahəsində institusional potensialını inkişaf etdirdi və nümunə olaraq Aİ Hava Keyfiyyəti Direktivləri və Avropa Hava Keyfiyyəti İndeksi əsasında havanın keyfiyyətinə dair məlumatlarının əlçatanlığını yaxşılaşdırmaq üçün yeni vasitələr təqdim etdi. Ətraf Mühit uzrə Birgə İnformasiya Sisteminin əsas göstəriciləri haqqında məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet səhifəsində yerləşdirilmişdir. 2019-cu ilin iyun ayında Xəzər Universitetində Havanın Keyfiyyətinin Təhlili Mərkəzi də yaradımışdir. Avropa Komissiyası və icraçı tərəfdaşlar Avropa İttifaqının bu yeni dəstəyi çərçivəsində

Azərbaycanla əlaqələrini davam etdirməyi və gücləndirməyi səbirsizliklə gözləyirlər. Onlar birlikdə ətraf mühitə və Azərbaycanda əhalinin rifahına fayda vermək üçün su ehtiyatlarının və ekoloji məlumatlarının idarə edilməsini yaxşılaşdiracaqlar. Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin proqram meneceri cənab Rayner Freyd bildirib “Sağlam ətraf mühit ekosistemlərin fəaliyyəti və insanların rifahı üçün çox vacibdir. Xüsusilə,

son illərin quraq keçməsi və COVID-19 pandemiyası böhran dövründə suyun nə qədər mühüm olduğunu nümayiş etdirdi. Avropa İttifaqında ətraf mühit və su siyasəti Avropa Yaşıl Sövdələşmənin əsas struktur bloklarının bir hissəsidir. 2016-cı ildən etibarən Avropa İttifaqının AİST+ və ƏMBİS proqramları

Azərbaycana su sektorunun gücləndirilməsi, eləcə də konkret informasiya sistemlərinin hazırlanması sahəsində dəstək göstərir. Milli Su Strategiyasının qəbul olunması və hazırlanmış məlumatların ictimaiyyətlə paylaşılması Azərbaycan üçün iki mühüm növbəti addımlardır. Bu layihə həm də 2020-

2022-ci illərdə su ehtiyatlarından səmərəli istifadə üzrə Azərbaycan Hökumətinin Fəaliyyət Planını dəstəkləyir və Azərbaycan üçün Avropa İnvestisiya Planı çərçivəsində investisiya imkanlarının prioritetləşdirilməsinə kömək edə bilər”.

Layihəyə dair qısa məlumat

A௤ Ətraf Mühit -Su Resursları və Ətraf Mühit Məlumatları proqramı Avropa İttifaqının Şərq Tərəfdaşlığı ilə əməkdaşlıq çərçivəsinin bir hissəsidir və ümumi büdcəsi 12,75 milyon avrodur. Bu layihə 2022-2024- cü illər ərzində Avropa İttifaqına Üzv Dövlətlərin Konsorsiumu (Avstriya Ətraf Mühit Agentliyi (UBA), Avstriya İnkişaf Agentliyi (ADA), Beynəlxalq Su Ofisi - Fransa (OiEau)), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD)Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) ) tərəfindən həyata keçiriləcək.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment