Sığorta


Yaşıl Bakı əmlak sığortası məhsulu üzrə “Yaşıl Bakı üçün əl-ələ” adlı KSM layihəsi həyata keçirilib!
29.11.2022

Şəhərimizin yaşıllaşdırılmasına töhvə vermək məqsədi ilə yola çıxan PAŞA Sığorta şirkəti “Yaşıl Bakı” əmlak sığortası üzrə başladığı korporativ sosial məsuliyyət çərçivəsində ağacəkmə aksiyası keçirmişdir. Zirə qəsəbəsində baş tutmuş ekoloji tədbirdə “Yaşıl Bakı” sığortasını əldə etmiş PAŞA Sığorta müştəriləri və könüllü əməkdaşları tərəfindən 150-dən çox cökə, çinar və zeytun ağacları əkilmişdir. Ağacəkmədən sonra Zirə Ekoparkda çalışan florist tərəfindən KSM -də iştirak edən şəxslərə ev şəraitində bitkilərin saxlanması və onlara qulluq qaydaları barədə məlumat verilmişdir. Fəaliyyəti ilə nümunə olmağa davam edən PAŞA Sığorta şirkəti “Yaşıl Bakı” əmlak sığortası məhsulu ilə müştərilərinə həm əmlaklarını sığortalamağa, həm də doğma şəhərimizə ağac hədiyyə etməyə imkan yaratmışdır. 

Qeyd edək ki, "Yaşıl Bakı" könüllü əmlak sığortası əldə edən müştərilərimiz adından məhsulun paketlərinə uyğun olaraq ağaclar əkilir. 

Qeyd etmək istərdik ki, hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment