1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Neft və qaz


SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.08.2024

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbi (BANM) ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında Anlaşma Memorandumu imzalanıb.

“SOCAR Tower”də SOCAR və ADNSU-nun rəhbər heyətinin iştirakı ilə keçirilən imzalanma mərasimində Anlaşma Memorandumunun ali təhsil ocaqları arasında mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub, sənədin ölkəmizdə rəqabətli insan kapitalının, habelə yüksəkixtisaslı kadr potensialının gücləndirilməsinə dəyərli töhfə verəcəyi vurğulanıb.

Tədbirdə çıxış edən SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva 2023-cü ildən etibarən SOCAR-da tətbiq olunan Hədəf Əməliyyat Modelinin əhəmiyyətindən bəhs edib, həyata keçirilməkdə olan layihələrin uğurlu icrasında insan kapitalının önəmini vurğulayıb, eləcə də insan kapitalının inkişafı istiqamətində SOCAR tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Vitse-prezident ölkəmizin ən böyük işəgötürəni olan SOCAR-ın öz sosial məsuliyyətinə sadiq qalaraq, ölkədə məşğulluğun təmin olunması, ali təhsil müəssisələrimizin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən araşdırma və öyrənmə mühitinin optimal səviyyəyə yüksəldilməsi məqsədilə həyata keçirilən uğurlu əməkdaşlıqlardan bəhs edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsini icra edən dosent Vazeh Əskərov ölkədə ali təhsil sahəsində aparılan islahatların ADNSU-da da səmərəli şəkildə həyata keçirildiyini qeyd edib. Vazeh Əskərov ADNSU ilə SOCAR arasında əməkdaşlığın genişləndirilməsinin Azərbaycanda rəqabətli insan kapitalının gücləndirilməsi işinə mühüm töhfə verəcəyini vurğulayıb.

Daha sonra ADNSU-nun ölkənin neft sənayesinə verdiyi töhfələrdən bəhs edilib, əməkdaşlıq çərçivəsində atılacaq addımlar müzakirə olunub.

Tədbir çərçivəsində SOCAR tərəfindən həyata keçirilən müxtəlif təhsil proqramlarının əhəmiyyəti vurğulanıb, yüksək bilik və bacarıqları ilə seçilən perspektivli gənclərin SOCAR-da işlə təmin olunma imkanları xüsusi qeyd olunub.

Görüşdə, həmçinin təlim, tədris, istehsalat təcrübəsi və elmi-tədqiqat sahələrində mövcud və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment