|
|
|
Banklar | | | Mərkəzi Bank Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurasına üzv olub |
06.11.2024 | |
| |
Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımovun iştirakı ilə Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətləri Təşkilatının On Birinci Zirvə Görüşü çərçivəsində “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın yaradılmasına dair Memorandumun imzalanma mərasimi keçirilib. Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası, Türkiyə və Özbəkistan mərkəzi banklarının sədrləri tərəfindən imzalanan memorandum banklar arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verəcək.
Məsləhətçi və məşvərətçi orqan funksiyasını daşıyan Şuranın əsas vəzifəsi monetar siyasət, maliyyə sabitliyi, ödəniş sistemlərinin inkişafı, maliyyə texnologiyaları və digər qarşılıqlı maraq doğuran sahələrdə birgə məsləhətləşmələr və tədqiqatlar həyata keçirməkdir. Şura regional iqtisadi dayanıqlılığın gücləndirilməsinə, maliyyə sabitliyinin möhkəməndirilməsinə və üzv ölkələr arasında bilik mübadiləsinin təşviqinə dəstək verəcək.
|
|
|
|