1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Bank “BTB” Zəfər Günü münasibəti ilə “Autizmli Uşaqların Ailələrinə Dəstək” İctimai Birliyi ilə korporativ sosial məsuliyyət çərçivəsində...
07.11.2024

Bank “BTB” Zəfər Günü münasibəti ilə “Autizmli Uşaqların Ailələrinə Dəstək” İctimai Birliyi ilə korporativ sosial məsuliyyət çərçivəsində sərgi təşkil etdi. Bu sərgidə autizm və daun sindromlu uşaqlar bankın Zəfər Gününə öz rəngli xəyalları və yaradıcılıqları ilə töhfə verdilər. Gənc istedadlar Zəfər Gününün rəmzinə çevrilmiş Şuşa Qalasının, Qəhrəman xalqın yüksələn bayrağının təsvirləri ilə yanaşı Bank “BTB” yə dair bir-birindən rəngərang rəsmlər təqdim etdilər.

6 Noyabr 2024-cü ildə Bank “BTB”-nin baş ofisində  baş tutan tədbirdə Bank BTB-nin rəhbərləri və qonaqlar sərgidə iştirak etdilər. Qonaqları salamlayan Biznesin İnkişafı və Marketinq departamentinin rəhbəri Aynur Nurəliyeva, bu unikal sərginin məqsədi və əhəmiyyəti barədə geniş məlumat verdi.

Bank BTB-nin İdarə heyəti sədri v.i.e. Eldəniz Hüseynov tədbirin açılışında çıxış edərək Bank BTB-nin sosial məsuliyyətinə olan bağlılığını vurğulayıb və bu layihənin bankın əməkdaşları ilə birgə xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında mənəvi bir körpünün yarandığını qeyd etdi. Eldəniz Hüseynov: “Bank “BTB”, qurulduğu gündən etibarən yalnız maliyyə sektorunda deyil, həm də sosial məsuliyyət layihələrində fəal iştirak etməyi özünün prioritetlərindən biri hesab edir. Bu sərgi, bankın davamlı olaraq həyata keçirdiyi sosial layihələrin bir parçası kimi, autizm və daun sindromlu uşaqlara dəstək göstərmək və onların yaradıcılığını cəmiyyətə tanıtmaq məqsədi daşıyır.”

Sərginin konsepsiyasını xüsusi edən məqam isə Şamxal Xələflinin I Dünya müharibəsi qazisinin övladı olaraq bu təşəbbüsə dəstək verməsi oldu. 

Tədbirdə “Autizmli Uşaqların Ailələrinə Dəstək” İctimai Birliyinin layihə rəhbəri Zəhra Xələfli çıxış edərək, bu cür dəstəyin autizm və daun sindromlu uşaqların həyatına müsbət təsirindən bəhs etdi.Uşaqların yaradıcılığını əks etdirən bu əsərlər sərgi müddətində satışa çıxarıldı və toplanan vəsait gənc rəssamlara təqdim olundu.  

Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment