Fond birjası


“Qarabağ KOB-ları layihəsi”nin 2024-cü ildə icrasına dair tədbir keçirilib
13.01.2025

“Qarabağ KOB-ları layihəsi"nin 2025-ci ildə də davam etdirilməsi nəzərdə tutulur. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, İnkişaf Korporasiyası və Milli Təhsil Texnologiya Mərkəzinin birgə tərəfdaşlığı, “Paşa Holding” MMC-nin maliyyə dəstəyi ilə reallaşdırılan "Qarabağ KOB-ları layihəsi"nin 2024-cü ildə icrasına dair tədbir keçirilib. 

Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, iş adamları və biznes assosiasiyaların təmsilçiləri, eləcə də layihəyə cəlb olunmuş müharibə iştirakçıları, qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər. 

Tədbir öz işinə Azərbaycanın dövlət himninin səslənməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.  

Sonra “Qarabağ KOB-ları” layihəsinə dair video çarx nümayiş olunub.  

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan geniş sosial dəstək paketindən bəhs edib. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə həyata keçirilən dəstək paketinin bir istiqaməti olaraq nazirlik tərəfindən 25,3 mindən çox şəxsin məşğulluğuna dəstək göstərilib, onlardan 12,2 min şəxs özünüməşğulluq proqramına, 1054 nəfər peşə hazırlığına cəlb edilib, digərləri münasib işlə təmin olunub. Özünüməşğulluq proqramı çərçivəsində sosial tərəfdaşlarla birgə həyata keçirilən layihələr üzrə isə 524 şəhid ailəsi üzvü və müharibə veteranı üçün kiçik təsərrüfatlar qurulub.

“Qarabağ KOB-ları” layihəsinin şəhid ailələri, müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğuna dəstək verilməsində önəmi qeyd edilib. KOBİA tərəfindən təşkil olunan təlimlərlə layihə iştirakçılarının biznes biliklərinin və bacarıqlarının artırıldığı diqqətə çatdırılıb.

İşğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərlə bağlı məşğulluq tədbirlərindən də bəhs olunub, həmin sakinlərdən iqtisadi fəal əhalinin artıq 86 faizinin məşğulluğunun təmin edildiyi qeyd olunub.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Qarabağ KOB-ları layihəsi”nin ölkəmizdə Vətən müharibəsi iştirakçılarına göstərilən diqqətin və dəstəyin tərkib hissəsi olduğunu, qazilərin, müharibə iştirakçılarının və onların ailə üzvlərinin, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasına dəstək məqsədilə 2023-cü ildən icra olunduğunu qeyd edib. Bildirilib ki, layihə çərçivəsində 2024-cü ildə Bakı, Gəncə, Bərdə, Goranboyla yanaşı, Füzulidə, Laçın rayonunun Zabux və Zəngilan rayonunun Ağalı kəndlərində 70 KOB subyekti yaradılıb. Ümumilikdə isə indiyədək layihə çərçivəsində 120 KOB subyekti yaradılıb. Onlar üçün biznes biliklərinin və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən zəruri təlimlər keçirilib, seçdikləri fəaliyyət proqramları üzrə peşə kursları təşkil olunub. Təlimləri və peşə kursunu uğurla bitirənlər özünüməşğulluq proqramı çərçivəsində zəruri avadanlıqlarla təmin edilib. Layihədən faydalanmış sahibkarların məhsul və xidmətlərini təqdim edə biləcəkləri platforma da yaradılıb. “Qarabağ KOB-ları layihəsi"nin 2025-ci ildə də davam etdirilməsi nəzərdə tutulur. 

Həmçinin, "Qarabağ KOB-ları layihəsi"nə cəlb edilmiş Vətən Müharibəsi iştirakçısının ailə üzvü Aynur Məmmədova və "PAŞA Holding" MMC-nin Aparat rəhbəri Dəyanət Sədullayev layihə barədə təəssüratlarını bölüşüblər.

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment