28 dekabr 2024-cü il tarixində sindikativ kreditlərin verilməsinin təşviqi, həmçinin bu istiqamətdə koordinasiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan işçi qrupunun ilk iclası keçirilmişdir.
İclasda sindikativ kreditləşmə üzrə bazardakı cari vəziyyət müzakirə edilmiş, bu maliyyələşmə üsulunun təşviqi və prosedurların təkmilləşdirilməsi üçün banklardan rəy və təkliflərin toplanılmasına qərar verilmişdir.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.