Banklar


Kapital Bank “TIME”jurnalında: Fərid Hüseynovun müsahibəsi jurnalın xüsusi buraxılışında yer alıb
14.01.2025

Ölkənin birinci bankı Kapital Bank-ın İdarə Heyətinin Sədri, Baş İcraçı direktor Fərid Hüseynovun dünyanın ən nüfuzlu jurnallarından biri olan “TIME” jurnalının xüsusi buraxılışında müsahibəsi yayımlanıb. 

Müsahibədə Hüseynov Kapital Bank-ın 150 illik zəngin tarixindən və bu illər ərzində ölkənin bankçılıq sektoruna gətirdiyi innovativ həllərdən bəhs edib. O, bankın rəqəmsal transformasiya prosesində süni intellektin tətbiqinə xüsusi diqqət yetirdiyini və bunun nəticəsində müştərilərə təqdim olunan rəqəmsal həllərin keyfiyyətinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Bankın sədri, eləcə də Kapital Bank-ın yaşıl bankçılıq prinsiplərinə sadiq qalaraq ətraf mühitin mühafizəsinə töhfə verdiyini və müştəri məmnuniyyətini hər zaman ön planda tutduğunu bildirib.

Kapital Bank-ın qeyri-neft sektorunda ölkə iqtisadiyyatının inkişafına dəstək olan maliyyə institutlarından biri olduğunu qeyd edən Hüseynov, bu istiqamətdə bankın infrastruktur layihələrinə, təhsilin inkişafına yatırdığı investisiyalardan danışıb. “Yeni texnologiyanın gücündən tam istifadə etmək üçün güclü və istedadlı komandaya daim ehtiyac var və bu istedadların sizinlə qalmasını təmin etməlisiniz. Kapital Bank-ın Azərbaycanda beş milyondan çox müştərisi var. Bank olaraq bizi müştəri mərkəzli xidmətdə zirvələrə daşıyanəməkdaşlarımızın da daxili müştərilərimiz olduğunu və onlarınrifahına da önəm verməyin vacibliyini anlayırıq”. O, həm də 5000-dən çox əməkdaşı ilə Kapital Bank-ın ölkənin əmək bazarının inkişafına da əhəmiyyətli töhfəsini vurğulayıb.

Eyni zamanda gələcəyə baxışla bağlı danışan Hüseynov, Kapital Bank-ın daim inkişaf etməkdə olan texnologiyaları tətbiq etməklə müştərilərinə daha müasir və rahat bank xidmətləri təqdim etməyə davam edəcəyini bildirib. O, bankın həm yerli, həm də beynəlxalq bazarda mövqeyini daha da gücləndirəcəyinə və Azərbaycan iqtisadiyyatının inkişafında önəmli rol oynamağa davam edəcəyinə əminliyini ifadə edib.

Məqaləni oxumaq üçün: https://time.com/partnercontent/

Qeyd edək ki, 1923-cü ildən nəşr olunan “TIME” jurnalı dünyanın ən geniş oxucu kütləsinə malik həftəlik media orqanlarından biri hesab olunur. Jurnalın 2024-cü ilin son günlərində çıxan bu sayı daha bir əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, bu buraxılış tarixdə ilk dəfə olaraq Donald Trampın ikinci dəfə “İlin Adamı” seçilərək jurnalın üz qabığında yer alması ilə xüsusi əhəmiyyət kəsb edir. 

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment