Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov yanvarın 22-də saat 10:00-da Qusar rayonunda, Qusar, Quba, Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov yanvarın 22-də saat 10:00-da Qusar rayonundakı Heydər Əliyev Mərkəzində (ünvan: Qusar şəhəri, M.Vəliyev küçəsi) Qusar, Quba, Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı Qusar, Quba və Xaçmaz rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.