BOKT “EMBAFİNANS” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır
17.01.2025
17 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında BOKT “EMBAFİNANS” QSC-nin istiqrazlarının ticarəti yekunlaşmışdır.
BOKT “EMBAFİNANS” QSC-nin AZ2001025884 İSİN kodlu qiymətli kağızlarının ticarət nəticələrinin “Qiymətli kağızların ticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması, ticarətinin dayandırılması, delistinqi” qaydalarının 3.20.3-cü bəndinə uyğun olmadığı üçün sözügüdən kağızların Listinq siyahısına daxil edilməmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumatlar aşağıdakı kimidir:
Emitentin adı
BOKT “EMBAFİNANS” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2001025884
İstiqrazların növü və forması
İstiqrazlar faizli, təminatsız, sənədsiz, adlı
Ticarət üsulu/forması
Kütləvi / Abunə yazılışı
İstiqrazların sayı
2000 (ədəd)
İlkin ticarət qiyməti
1000 manat
İstiqrazların buraxılış həcmi
2,000,000 manat
İllik gəlirlilik faizi
12,5%
İstiqrazların reallaşdırılmış həcmi
2,000,000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə)
2,000,000 manat
İnvestor sayı
1
Sifariş sayı
1
Ödəmə Periodu
Ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360( üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürülməklə)