Digər xəbərlər


Ölkəmizdə ilk dəfə Qadın Liderləri Zirvəsi keçiriləcək!
22.01.2025

“Facemark”və “İnci - İşgüzar xanımların ünsiyyət klubu”nun birgə təşkilatçılığı ilə 4 mart 2025-ci ildə Gülüstan SarayındaQadın Liderləri Zirvəsi keçiriləcək.Tədbir “Fərqlərin Bərabərliyi” konsept mesajı ilə 500-ə yaxın mütəxəssisləri, liderləri və fikir öndərlərini bir araya gətirəcək. Bütöv günü əhatə edəcək tədbir zamanı iştirakçılar fərqli sahələrdən olan qadınların panel mövzuları üzrə çıxışılarını dinləyəcək, onların təcrübələrindən öyrənəcək və liderlikdə bərabərliyin, həmçinin fərdlərin deyil, fərqlərin bərabərliyinə vurğu edəcəklər.

"Fərqlərin Bərabərliyi" konsepti cəmiyyətin müxtəlifliklərindən yaranan gücü və harmoniyanı əks etdirir. Bu, fərqli təcrübələrin, mədəniyyətlərin, düşüncələrin və həyat yollarının bir araya gələrək daha geniş və dərin bir anlayış yaratdığını göstərir. Konseptin əsas mahiyyəti, bu müxtəlifliklərin ayrı-ayrılıqda dəyərli olduğunu, lakin birlikdə olduqda daha böyük bir sinerji yaratdığını vurğulamaqdadır.

“Biznesdə Qadınlar”,“İnnovasiya və Strateji Yanaşmalar”, “Rəqəmsal Trendlər Dövrünündə Qadınlar”panelləri üzrə peşəkar moderator və spikerlər müxtəlifliyin gücünü önə çıxararaq fərqli təcrübələrin və bacarıqların bir-birini necə tamamladığını vurğulayacaq, müxtəlif sahələrdən olan uğurlu qadın liderlərin təcrübələrini bölüşəcəklər. Panel müzakirələri, seminarlar və təlimlər vasitəsilə iştirakçılar liderlik, idarəçilik və bərabərlik mövzularında yeni biliklər və bacarıqlar əldə edəcəklər. Bu biliklər onların şəxsi və peşəkar həyatında inkişaf etmələrinə kömək edəcəkdir.

Tədbir haqqında daha ətraflı məlumat almaq və iştirak üçün zirvənin rəsmi veb səhifəsinə (www.qlz.az) və sosial media hesablarına keçid edə bilərsiniz.

https://www.instagram.com/qadinliderlerizirvesi/

https://www.facebook.com/profile.php?id=61565512810752

https://www.linkedin.com/company/qad%C4%B1nliderl%C9%99rizirv%C9%99si/?viewAsMember=true

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment