"Kapital Bank” ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşmışdır
27.01.2025
29 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin buraxılış həcmi 25,000,000 (iyirmi beş milyon) ABŞ dolları olan istiqrazları əsas bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 24 yanvar 2025-ci il tarixində yekunlaşmışdır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"Kapital Bank” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2015005153
İstiqrazın növü və forması
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması
Kütləvi/Abunə yazılışı
İstiqrazın sayı
250,000 (ədəd)
İlkin ticarət qiyməti
100 ABŞ dolları
Buraxılış həcmi
25,000,000 ABŞ dolları
İllik gəlirlilik faizi
7%
Ödəmə Periodu
İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödənilir