Banklar


“Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!”: indi səyahət daha rahat və sərfəlidir
05.02.2025

Birbank Private müştərilərinə eksklüziv xidmətlər və unikal imtiyazlar təklif etməyə davam edir. Belə ki, Birbank Private, PAŞA Travel və Visa şirkəti ilə əməkdaşlıq çərçivəsində Birbank Miles Dark kartına əlavə edilən yeniliklərlə səyahəti sevənlərə daha rahat və sərfəli istirahət imkanları təqdim edir.

Birbank Miles Dark istifadəçiləri artıq PAŞA Travel-dən keçən ödənişlərdə topladıqları milləri yalnız aviabiletlər üçün deyil, həm də otellərin, turların rezervasiyası, CİP/VİP zallara giriş, sürətli keçid, visa dəstəyi və avtomobil icarəsi kimi səyahət xidmətləri üçün də istifadə edə biləcəklər.Kart öz sahiblərinə Abu Dabi, Dubay və digər şəhərlərdə premium transfer xidmətlərindən, endirimlərdən və səyahətlə bağlı konsultasiyalardan yararlanmaq şansı da yaradır.

Yeniliklərdən biri dəmüştərilərin istifadəsinə verilən hədiyyə kartlarıdır. Birbank Private-in bütün imkanlarını özündə birləşdirən və keşbek və ya millər şəklində təklif olunan “Visa Infinite” kartlarını müştərilər öz yaxınlarına hədiyyə edə biləcəklər.

Bundan başqa Birbank Private müştəriləriləri Visa konsyerjin imtiyazlarından yararlanmaqla yanaşı öz şəxsi menecerlərinə müraciət edərək assistent xidməti ilə bu imtiyazları sifariş edə bilərlər. Bu xidmət müştərilərə transfer, sürətli keçid, CİP zallarına kimi bir çox xidmətlərdən onlayn istifadə üstünlüyü qazandırır. 

Qeyd edək ki, bütün bu yeniliklər “Birbank Miles Dark Kartı ilə üfüqləri genişləndirin!”şüarı altında keçirilən tədbirdə müştərilərə təqdim olunub. TədbirBirbank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadənin açılışnitqindən sonra, PAŞA Travel şirkətinin Gəlirlər üzrə Baş Direktoru Rüfət Bağırov, Visa-nın Azərbaycanda baş direktoru və regional meneceri Nurlan Hacıyev və brend səfiri Andrey Burlutskinin təqdimatları ilə davam edib. Tərəflər məhsulun üstünlükləri haqqında qonaqlara ətraflı məlumat verərək onların suallarını cavablandırıblar. Tədbirdə həmçinin, Birbank Private-in yeni filialının müştərilərin istifadəsinə verilməsi haqqında da məlumat verilib.

Müştəri məmnuniyyətini əsas prioritet kimi qəbul edən Birbank-ın fərdi bankçılıq xidmətləri artıq Birbank Private adı altında təqdim ediləcək. Birbank Private müştərilərə şəxsi yanaşma, etibarlı idarəetmə təklif edən və yüksək səviyyəli dəstək ilə onların maliyyə ehtiyaclarını rahat və effektiv şəkildə qarşılayan eksklüziv xidmətdir. Birbank Private xidmətləri ilə bağlı daha ətraflı məlumat üçün https://private.birbank.az/ saytına müraciət edə bilərsiniz.

 


     



30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
 
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment