“Global Energy Solutions” MMC-nin istiqrazların yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
06.02.2025
16 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Global Energy Solutions” MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdir.
Qeyd olunan istiqrazların abunə yazılışı 21.01.2025-ci ildə başlayaraq, 14 gün davam etmiş və fevralın 3-ündə yekunlaşmışdır.
Qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 07.02.2025-ci il tarixində keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
“Global Energy Solutions” MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2001025884
İstiqraqzların növü və forması
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi / Abunə yazılışı
İstiqrazların sayı
50,000 (ədəd)
İlkin ticarət qiyməti
100 manat
Buraxılış həcmi
5,000,000 manat
İllik gəlirlilik faizi
12%
Ödəmə periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürməklə)